Macar vətəndaşlarının əksəriyyəti - 77 faizi ölkələrinin Avropa İttifaqı üzvlüyünü dəstəkləyir. Macarların 75%-i Avropa İttifaqına müxtəlif dərəcədə etibar edir. Bu, Macarıstan parlament seçkilərindən əvvəl Avropa Xarici Əlaqələr Şurası tərəfindən aparılan ictimai rəy sorğusuna görədir. Sorğu 26 mart - 1 aprel tarixləri arasında aparılıb və 1001 respondent iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə "ecfr.eu" saytı məlumat yayıb.
Sorğuya görə, Avropa İttifaqına tam etibar edənlərin (23%) sayı ölkənin aparıcı siyasətçilərinə tam etibar edənlərdən çoxdur. Respondentlərin 17%-i Macarıstanın Baş naziri Viktor Orbana tam etibar edir, müxalifətdəki Azadlıq Partiyasının sədri Peter Magyar isə ona tam etibar edənlər 19 faizdir.
Əksəriyyət (68%) növbəti hökumətin Aİ-yə yanaşmasını dəyişdirməli olduğu fikrini bildirib. Ölkənin xarici siyasətinə gəldikdə, respondentlərin təxminən yarısı (46%) Macarıstan və onun Avropa tərəfdaşları arasında daha sıx əlaqələrin tərəfdarı olduğunu, 17%-i Macarıstanın Qərb, Rusiya və Çin arasında balans yaratmalı olduğunu, 7%-i isə Rusiya və Çinlə əlaqələrin gücləndirilməsinin tərəfdarı olduğunu bildirib.
Rusiya ilə münasibətlər haqqında suala cavab olaraq, macarların 9%-i onu müttəfiq, 37%-i strateji əməkdaşlıq üçün vacib tərəfdaş, 8%-i rəqib və 22%-i Macarıstanın münaqişədə olduğu düşmən adlandırıb.
Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Hakan Fidan: ABŞ və İran arasında sülhə nail olmaq üçün iki həftə kifayət etməyə bilər