Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-mart aylarında 10 min uşağa reabilitasiya xidmətləri göstərilib.
“İki sahil” xəbər verir ki, onlardan əlilliyi olan 527 uşaq stasionar, 5700 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub. Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Sel təhlükəli ərazilərdə yaşayanlar təhlükədən qorunmağın yolları barədə maarifləndiriliblər
Xocavənd rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb