10 aprel 2026 09:55
141

"Karvan-Yevlax" "Kəpəz"i qəbul edəcək

Misli Premyer Liqasında XVII tura bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki,  ilk oyun günündə bir matç keçiriləcək. Çempionatın autsayderi "Karvan-Yevlax" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək. Görüşün baş hakimi Nicat İsmayıllı olacaq. "Karvan-Yevlax" 8 xalla 12-ci, Gəncə təmsilçisi 21 xalla 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, tura aprelin 12-də yekun vurulacaq.