10 aprel 2026 11:13
121

"Artıq bu dəyişikliklərin nəticələrini görürük" - Emin Əmrullayev

Məhz 2016-2017-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının DİM-ə keçidi zamanı imtahanların yalnız təhsil müəssisələrinə qəbulu yox, imtahanların dəyərləndirilməsi də qarşıya qoyulmuşdu. Həmçinin imtahanların məzmununun dəyişməsində əhəmiyyətli addımlar atıldı.

“İki sahil” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev DİM-in 10 İllik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

Nazir bildirib ki, açıq tipli sualların imtahanlarda istifadəsi, buraxılış imtahalarında xarici dil fənninin yer alması və digər bu kimi addımlar həmin dəyişikliklərdəndir: “Biz artıq bu dəyişikliklərin nəticələrini görməyə başlamışıq. Buraxılış imtahanlarında xarici dil fənninin yer alması nəticəsində 2022-2023-cü ildən etibarən xarici dil biliklərinin yaxşılaşmasını görürük. Həmçinin imtahanlarda informatika fənninin yer alması ilə şagirdlərin bilik və bacarıqlarında müsbət dəyişiklikləri gördük”.