10 aprel 2026 16:10
136

Şərəfli alim ömrü

Azərbaycan elminin inkişafında xidmətləri olan professor Vaqif Bilas oğlu Şadlinski zəngin elmi irsi və pedaqoji fəaliyyəti ilə seçilən simalardandır. Onun 85 illik ömür yolunun xüsusilə son 25 ili elm və təhsil sahəsində mühüm nailiyyətlərlə yadda qalıb .Vaqif müəllimin 700-ә yaxın elmi əsərlərinin 650 dən çoxu məhz bu dövrdə qələmə alınıb. Onların sırasında monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, metodik tövsiyələr, elmi -kütləvi məqalələr yer alır .Alimin rəhbərlik etdiyi kafedra bu illər ərzində öz məhsuldar fəaliyyəti ilə fərqlənib. Bu kafedra gənc mütəxəssislərin yetişməsində mühüm rol oynayıb.

Professor Vaqif Şadlinskini fərqləndirən cəhətlərdən biri onun Azərbaycan, rus, latın dillərində qələmə aldığı “Anatomiya atlası” Şərq ölkələri tarixində ilk fundamental anatomik atlas kimi qiymətləndirilir. Onun rusca və ingiliscə tərtib etdiyi “Anatomik terminologiya” kitabı müasir tibbi terminologiyanın sistemləşdirilməsinə mühüm töhfədir.

Tibb ictimaiyyətində adı hörmətlə çəkilən professor Vaqif Şadlinski yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi tanınır. Onun həyat yolu elmə sədaqətin, peşəуə məsuliyyətin və xalqına sevginin nümunəsidir .Vaqif Bilas oğlu Şadlinski elmə və maarifçiliyə bağlı bir ziyalıdır. O, Azərbaycan ziyalısının xüsusiyyətlərini özündə birləşdirir. Vaqif Şadlinskini düşünən, yaradan və cəmiyyətə xidmət etməyi ali məqsəd sayan bir insandır. Ömrünü elmə, xalqına və gənclərə həsr edən professor hər kəsin hörmətini qazanmışdır. Onun adı yalnız universitet auditoriyalarında deyil, elmi jurnallarda, tədbirlərdə böyük hörmətlə çəkilir. Vaqif Şadlinskinin həyatı və fəaliyyəti həm gənclərə, həm də həmkarlarına nümunədir. Onun iş masasının üstündə köhnə kitablar, zəngin arxiv materialları və qoruduğu qiymətli əlyazmaları var. Bu xüsusiyyət professorun elmə olan sonsuz sevgisini göstəricisidir. O, ziyalılığın yalnız diplom və vəzifə ilə ölçülmədiyini, ilk növbədə mənəvi məsuliyyət daşıdığını, fəaliyyəti ilə sübut edib. Tələbələrinin təəssüratlarına görə, onun dərslərində sadəcə bilik öyrənmirdilər, həm də düzgünlük və fədakarlıq dərsləri alırdılar. Hər bir tələbəsi onunla fəxr edir və hər bir uğur heykayələrinin Vaqif müəllimin zəhmətinin nəticəsi kimi təqdim olunur. Ümumiyyətlə, Vaqif müəllimin elmi araşdırmaları, tibb elminə mühüm töhfə və rezonans yaratmışdır.

1999-cu ildə uzunmüddətli elmi-tədqiqat işlərini yekunlaşdıran Vaqif Şadlinski Tbilisdə “Normal və Zobagen təsirlər şəraitində qalxanabənzər vəzin struktur hemostası və morfofunksiyanal xüsusiyyətləri” mövzusunda doktorluq elmi dərəcəsinə və professor adına layiq görülüb. Alimin elmi fəaliyyəti qalxanabənzər vəzin morfologiyasının dərin qatlarını araşdırmaqla yanaşı, bu mühüm orqanın müxtəlif təsirlər altında struktur və funksional dəyişikliklərinin kompleks şəkildə təhlil edilməsinə yönəlmişdir. Xüsusilə Zobogen amillərin təsiri şəraitində vəzin homestaz mexanizmlərinin öyrənilməsi tibb praktikası üçün əhəmiyyətli elmi nəticələr ortaya qoyub. Vaqif Şadlinskinin keçdiyi şərəfli yol göstərir ki, insan hansı çətinlikdən keçməsindən asılı olmayaraq, zəhmət və iradə ilə ucalmağı bacara bilər.

Professor Vaqif Şadlinski sözün əsl mənasında elmin fədaisidir. Mən Azərbaycan Tibb Universitetinin bir əməkdaşı kimi professor Vaqif Şadlinski ilə fəxr edirəm!

İlahə Qayıbova