10 aprel 2026 21:09
117

Tacikistan BMT-nin Qadınların Statusu üzrə Komissiyasına üzv seçilib

Tacikistan Respublikası 2027–2031-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının Qadınların Statusu üzrə Komissiyasının (CSW) üzvü seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə Tacikistanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Qeyd olunub ki, bu nailiyyət Tacikistanın gender bərabərliyinin təmin edilməsinə, qadınların və qızların hüquq və imkanlarının genişləndirilməsinə, həmçinin onların hüquqlarının və imkanlarının qorunması üzrə qlobal səylərə verdiyi töhfəyə sadiqliyini əks etdirir.

Daimi Nümayəndəlikdən bildirilib ki, ölkə Komissiyanın əsas mandatlarının gücləndirilməsi və inklüziv, ədalətli cəmiyyətin qurulması üzrə təcrübə mübadiləsinin aparılması istiqamətində bütün üzv dövlətlər və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa hazırdır.