10 aprel 2026 21:21
112

ABŞ Prezidenti: Danışıqlar iranlıların hələ də sağ olmasının yeganə səbəbidir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın əlindəki yeganə rıçaq Hörmüz boğazıdır.

“İki sahil” xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.

"Görünür, iranlılar anlamırlar ki, beynəlxalq su yolları vasitəsilə dünyanı qısamüddətli şantaj etməkdən başqa heç bir rıçaqları yoxdur. Onların bu gün sağ olmalarının yeganə səbəbi danışıqlar aparmalarıdır!", - Tramp yazıb.

Digər bir paylaşımında ABŞ lideri bildirib ki, İran KİV-dəki dezinformasiyanın və ictimaiyyətlə əlaqələrin öhdəsindən döyüşməkdən daha yaxşı gəlir".