İtaliya millisinin müvəqqəti baş məşqçisi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
Yığma hazırda U-21 millisinə rəhbərlik edən Silvio Baldiniyə tapşırılıb. 67 yaşlı mütəxəssislə iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. O, bu vəzifədə Cennaro Qattuzonu əvəzləyib.
Qeyd edək ki, Qattuzo İtaliya millisinin DÇ-2026-nın pley-off finalında Bosniya və Herseqovinaya uduzaraq mübarizəni dayandırmasından sonra istefaya göndərilmişdi.