11 aprel 2026 01:11
119

Media: ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edir

Pakistanda İranla danışıqlara hazırlıq görüldüyü bir vaxtda ABŞ potensial əməliyyatlar üçün Yaxın Şərqə əlavə qüvvələr yerləşdirməyə davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, son vaxtlar bölgəyə yeni qırıcı və hücum təyyarələri göndərilib. Bundan əlavə, ABŞ ordusunun elit 82-ci Hava-Desant Diviziyası tərkibindən 1500–2000 arası hərbçinin yaxın günlərdə bölgəyə çatdırılması gözlənilir.

“USS George H.W. Bush” təyyarədaşıyan gəmisi və onu müşayiət edən hərbi gəmilər martın sonlarında Virciniya ştatındakı Norfolk Hərbi Dəniz Bazasından yola düşərək hazırda Atlantik okeanındadır. 11-ci Dəniz Ekspedisiya Bölməsini daşıyan “USS Boxer” isə martın ortalarında Kaliforniyadan çıxaraq hazırda Sakit okeandadır.

Hər iki hərbi qrupun Yaxın Şərqə çatmasının bir həftədən artıq vaxt aparacağı bildirilir.