11 aprel 2026 08:08
132

CNN: İran və ABŞ həm birbaşa, həm də vasitəçilər vasitəsilə danışıqlar aparacaqlar

İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların iki formatda – birbaşa və dolayı yolla keçirilməsi gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, danışıqların gündəliyi, çox güman ki, ABŞ və İran arasında vasitəçi qismində çıxış edən Pakistan nümayəndələri vasitəsilə razılaşdırılacaq. Bundan sonra tərəflərin birbaşa danışıqlara keçəcəyi gözlənilir.