11 aprel 2026 08:49
95

Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 07:47-də qeydə alınan zəlzələnin maqnitudası 3,3 olub.

Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib.