11 aprel 2026 11:55
116

Gənclər Liqasının oyunları təxirə salınıb

AFFA-nın təşkil etdiyi Gənclər Liqasında II mərhələnin IV və V tur oyunları təxirə salınıb.

“İki sahil” xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

Buna Azərbaycanın U-20 millisinin aprelin 13-26-sı aralığında Qəbələdə təlim-məşq toplanışı keçirməsi səbəb olub.

Aprelin 18-19 və 25-26-da keçirilməsi planlaşdırılan matçlar qeyri-müəyyən müddətə ertələnib.