11 aprel 2026 16:24
126

Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb

Bu görüşdə biz dörd müzakirə sessiyası təşkil etmişdik. İlk iki panel daha çox siyasi xarakter daşıyırdı.

“İki sahil” xəbər verir ki, bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov "Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.

F.Məmmədov qeyd edib ki, üçüncü və dördüncü sessiyalarda isə birbaşa olaraq vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb.

“Artıq ənənə formasını almış dövlət rəsmləri ilə görüşlər çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüş keçirildi. Təxminən, iki saatdan çox bir müddətdə Ermənistan nümayəndələrinin çoxsaylı suallarına cavab verildi. Bu haqda artıq ayrıca məlumat verilib”, - deyə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru vurğulayıb.