11 aprel 2026 16:32
116

Ukrayna Rusiyaya atəşkəsi uzatmağı təklif edib

Ukrayna Rusiyaya atəşkəs rejimini Pasxa bayramından sonraya qədər uzatmağı təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Teleqram" kanalında bildirib.

Onun sözlərinə görə, Ukrayna atəşkəsə riayət edəcək və sırf qarşı tərəfin hərəkət etdiyi kimi hərəkət edəcək (güzgü effekti).

Zelenski qeyd edib ki, Ukrayna ordusu cəbhədə hadisələrin istənilən inkişafına hazırdır.

“Ukrayna dəfələrlə Rusiyaya müxtəlif atəşkəs formatları təklif edib və biz hesab edirik ki, Pasxa sülh və təhlükəsizlik dövrü olmalıdır. Pasxada atəşkəs sülhə doğru real hərəkatın başlanğıcı da ola bilərdi - bizim tərəfimizdən müvafiq təklif var”, - deyə Prezident vurğulayıb.

O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ilə atəşkəs dövründə Ukrayna bölmələrinin əməliyyatlarını müzakirə edib.

“Hərəkətlərimizin güzgü xarakteri və Pasxa bayramından sonra atəşkəsin mümkün davam etdirilməsi barədə məlumat Rusiya tərəfinə də çatdırılıb”, - deyə Zelenski əlavə edib.