11 aprel 2026 16:48
113

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

Rusiya Ukraynadan 175 Rusiya hərbçisini geri qaytarıb, Ukrayna Silahlı Qüvvələrindən isə 175 hərbi əsir təhvil verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verərək Kursk vilayətinin yeddi sakininin də geri qaytarıldığını və evlərinə qaytarılacağını bildirib.

Rusiya hərbçilərinin əsirlikdən qayıtmasında Birləşmiş Ərəb Əmirlikləri humanitar xarakterli vasitəçilik edib.