11 aprel 2026 20:00
119

İran-ABŞ danışıqları fonunda gəmilər Hörmüzdən keçməyə başlayıb

İslamabadda İran və ABŞ arasında planlaşdırılan danışıqlar fonunda Hörmüz boğazından bir neçə gəmi keçib.

“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, Fars körfəzindən boğaza doğru daha bir neçə yük gəmisi istiqamət alıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Onun sözlərinə görə, tərəflər demək olar ki, bütün mübahisəli məsələləri həll ediblər və Vaşinqton gələcək danışıqlar üçün Tehran tərəfindən irəli sürülmüş 10 maddəlik təklifləri “işçi əsas” kimi nəzərdən keçirir. Amerika administrasiyasının rəhbəri bildirib ki, qərar İranın Hörmüz boğazını açmağa hazır olması şəraitində qəbul edilib.

Tehranda isə öz növbəsində bildiriblər ki, İslam Respublikasına qarşı zərbələr endirilmədiyi təqdirdə müdafiə xarakterli hücumları dayandırmağa razıdırlar.