11 aprel 2026 21:57
102

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Misli Premyer Liqasının 27-ci turunda “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib.

İki sahil” yazır ki, oyunun 32-ci dəqiqəsində İmad Faraj hesabı açıb. 57-ci dəqiqədə isə Breno Almeyda “Neftçi”nin üstünlüyünü iki qola çatdırıb.

65-ci dəqiqədə Slavik Alxasov fərqi minimuma endirib - 2-1.

Misli Premyer Liqası

27-ci tur

11 aprel (şənbə)

20:00. “Neftçi” 2-1 “Araz-Naxçıvan”

Qollar: İmad Faraj, 32 (1-0), Breno Almeyda, 57 (2:0), Slavik Alxasov, 65 (2:1)

Palms Sports Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”