11 aprel 2026 22:04
107

Ağ Ev İran və ABŞ arasında birbaşa danışıqların aparıldığını təsdiqləyib

ABŞ, İran və Pakistan nümayəndələri İslamabadda birbaşa danışıqlar aparırlar.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin mətbuat xidmətinin məlumatında deyilir.

"ABŞ, Pakistan və İran bu gün üçtərəfli əyani görüş keçirir... Bu mövzu ilə bağlı məsələlər üzrə amerikalı ekspertlər tam tərkibdə İslamabaddadır. Vaşinqtonda olan ekspertlər isə əlavə dəstək göstərirlər", - bəyanatda qeyd olunub.