11 aprel 2026 22:18
117

Makron: Fransa Hörmüz boğazının açılmasına dəstək verməyə hazırdır

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, Makron bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Mən Hörmüz boğazında azad gəmiçiliyin və təhlükəsizliyin İran tərəfindən tezliklə bərpa edilməsinin vacibliyini vurğuladım, Fransa da bunda iştirak etməyə hazırdır", - o yazıb.

Makron həmçinin Pezeşkianı deeskalasiyanı davam etdirmək və regionda etibarlı təhlükəsizlik zəmanətləri təmin edən saziş bağlamaq üçün İslamabaddakı danışıqların verdiyi imkandan istifadə etməyə çağırıb.

"Mən atəşkəs rejiminə - o cümlədən Livanda - tam riayət olunmasının vacibliyini qeyd etdim. Fransa dövlətin suverenliyini qorumaq və Livanın taleyini müəyyən etmək üçün yeganə səlahiyyətli tərəf kimi Livan hakimiyyətinin addımlarına tam dəstək verir", - Fransa Prezidenti vurğulayıb.