Ağcabədi rayonunda şadlıq saraylarından birində ölüm hadisəsi qeydə alınıb.
Hadisə Hindarx qəsəbəsində baş verib. Rayon sakini, 1991-ci il təvəllüdlü Nəcəfov Samir Vidadi oğlunun məclis zamanı qəfil halı pisləşib.
O, yaxınları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Trend