İran 1-2 ay ərzində ABŞ və İsrailin zərbələri zamanı zədələnmiş neft emalı obyektlərinin əksəriyyətini bərpa etməyi və onların gücünün 70–80%-ni qaytarmağı nəzərdə tutur.
“İki sahil” xəbər verir ki, bu barədə neft nazirinin müavini Məhəmməd Sadiq Əzimifər "Student News Network"ə (SNN) bildirib.
"Zədələnmiş neft emalı zavodlarının (NEZ) əksəriyyətində biz 1-2 ay ərzində əvvəlki gücün 70-80%-nə qayıda biləcəyik, gələcəkdə isə orta və uzunmüddətli perspektivdə 100% gücü bərpa edəcəyik", - o bildirib.
Əzimifər həmçinin qeyd edib ki, yaxın vaxtlarda Lavan adasındakı NEZ bərpa ediləcək və o, artıq 10 gündən sonra qismən işə salınacaq. Onun sözlərinə görə, qalan obyektlər tədricən işə salınacaq.