Misli Premyer Liqasının 27-ci turunda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.
“İki sahil” yazır ki, oyunun 8-ci dəqiqəsində Filip Ozobiç hesabı açıb. 50-ci dəqiqədə isə Joarlem Santos tovuzluların üstünlüyünü iki topa yüksəldib.
63-cü dəqiqədə Rayan Senhadji “Sumqayıt”ı ümidləndirən qolu vursa da bundan artığına gücləri çatmayıb.
Yarış “Turan Tovuz”un qələbəsi ilə başa çatıb.
Misli Premyer Liqası
27-ci tur
12 aprel (bazar)
18:00. “Turan Tovuz” 2-1 “Sumqayıt”
Qollar: Filip Ozobiç, 8 (1-0), Joarlem Santos, 50 (2-0), Rayan Senhadji, 63 (2-1)
Tovuz şəhər stadionu