13 aprel 2026 11:11
227

Neftin qiyməti 150 dollara qədər yüksələ bilər - EKSPERT

ABŞ-ın Hörmüz boğazını hərbi blokada etməsi neft qiymətlərinin 150 dollara qədər yüksəlməsinə səbəb ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Onyx Capital Group"un idarəedici direktoru Xorxe Montepeque bildirib.

Onun sözlərinə görə, hazırkı qiymət səviyyəsi - Brent markalı xam neftin bareli üçün təxminən 103 dollar - potensial dəniz blokadasının yaratdığı real riskləri tamamilə əks etdirmir.

"Bu, 140, 150 dollar olmalıdır", - ekspert "Bloomberg News"a bildirib.

Montepeque vurğulayıb ki, İran limanlarına daxil olan və ya çıxan bütün gəmilərə təsir edəcək blokadanın tətbiqi regional münaqişəni qlobal münaqişəyə çevirə bilər. O, qlobal təchizatın əhəmiyyətli bir hissəsini təşkil edən gündə 12 milyon barelə qədər neftin risk altında ola biləcəyini təxmin edir.