İtaliyanın məşhur avtomobil istehsalçısı "Maserati" İsveçrənin saat istehsalçısı "Bianchet" ilə birgə yeni eksklüziv qol saatı modelini təqdim edib. Bu model markanın məşhur üçdişli (trident) embleminin 100 illiyinə həsr olunub.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Yeni saat məhdud sayda – cəmi 100 ədəd buraxılacaq ki, bu da onu kolleksiyaçılar üçün xüsusilə cəlbedici edir. Modelin başlanğıc qiyməti 75,5 min İsveçrə frankı təşkil edir ki.
Maraqlıdır ki, bu qiymət "Maserati" "Grecale" kimi yeni bir avtomobilin dəyərinə yaxındır. Bu isə saatı sadəcə aksessuar deyil, həm də lüks və status simvoluna çevirir.
Beləliklə, Maserati və Bianchet əməkdaşlığı avtomobil və saat sənayesinin prestijini birləşdirərək, yüksək zövqə malik müştərilər üçün unikal məhsul ortaya qoyub.