13 aprel 2026 14:24
141

Siyavuş Novruzov Şərur rayon vətəndaşlarının növbəti onlayn qəbulunu keçirib

13 aprel 2026-cı il tarixində 2 saylı Şərur-Kəngərli seçki dairəsinin deputatı Siyavuş Novruzov Şərur rayon vətəndaşlarının növbəti onlayn qəbulunu keçirib.

“İki sahil” xəbər verir ki, qəbulda müraciət edənlər müharibə veteranları, Xanlıqlar kəndinin ağsaqqalları və sakinləri olmuşlar.

Qəbulda vətəndaşların müraciətləri əsasən qəbul, yerli özünüidarəetmə və bələdiyyələr, sosial müdafiə məsələləri, işlə təmin olunma, maliyyə, kənd təsərrüfatı, torpaq və sair məişət məsələləri haqqında olmuşdur.

Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.