Ukrayna müharibənin 1510-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 312 140 hərbçi, 11 861 ədəd tank, 24 386 ədəd zirehli döyüş maşını, 39 915 ədəd artilleriya sistemi, 1 728 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 346 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 350 ədəd helikopter, 89 099 ədəd avtomobil texnikası, 235 394 ədəd PUA, 4 517 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 123 xüsusi avadanlıq itirib.