Hörmüz boğazının blokadasına 15-dən çox ABŞ hərbi gəmisi cəlb olunub.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin yüksək vəzifəli rəsmisinə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Onun məlumatına görə, Yaxın Şərqdə aviadaşıyıcı, idarəolunan raket silahlarına malik bir neçə esmines, desant gəmisi və bir sıra digər döyüş vahidləri yerləşdirilib. Qeyd olunur ki, bu gəmilər, xüsusən də, göyərtə əməliyyatlarına dəstək məqsədilə istifadə oluna bilən helikopterləri daşımaq qabiliyyətinə malikdir.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı daha əvvəl aprelin 13-də Hörmüz boğazının dəniz blokadasına başlayacağını bildirmişdi. ABŞ hərbçiləri İran limanlarına doğru hərəkət edən, eləcə də onun sahillərindən uzaqlaşmağa çalışan bütün gəmilərin hərəkətini bloklamaq niyyətindədir.
ABŞ-ın səylərinin əsas hissəsi gəmilərin Hörmüz boğazından sərbəst keçidinin təmin edilməsinə yönəlib
Mirzoyan: Rusiya Ermənistan dəmir yolunun Türkiyə və Azərbaycan sərhədinədək bərpasını müzakirəyə hazırdır
"Axios": Tramp Hörmüz boğazı ərazisinə məhdud zərbələr endirmək imkanını nəzərdən keçirir