Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 14-də Belçikaya işgüzar səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.
Məlumata görə, Mirzoyanın Avropa İttifaqından (Aİ) olan tərəfdaşları, o cümlədən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşləri planlaşdırılır.