13 aprel 2026 23:39
147

Zelenski: Ukrayna və Avropa ölkələri birgə HHM sisteminin yaradılmasını müzakirə edəcək

Ukrayna Avropa tərəfdaşları ilə birgə hava hücumundan müdafiə (HHM) sisteminin yaradılması üzrə danışıqlara hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Prezident Ofisinə istinadən məlumat yayıb.

"Artıq bu həftə bizim avropalılarla söhbətimiz olacaq - səmanın birgə müdafiəsi sisteminin yaradılması barədə danışıqlar aparılacaq", - deyə o qeyd edib.

Zelenski vurğulayıb ki, Ukraynanın Avropanın təhlükəsizlik sisteminə inteqrasiyası strateji seçim məsələsidir.

Onun sözlərinə görə, Ukrayna hava təhdidlərinə, xüsusən də kamikadze dronlarına qarşı mübarizədə artıq böyük təcrübəyə malikdir və əldə etdiyi bu nailiyyətləri bölüşməyə hazırdır.

"Radar sahəsi, lazımi radioelektron mübarizə sistemləri, HHM komponentləri arasında əlaqə və ələ keçirmə - Ukrayna bütün bunları etməyi bacarır", - deyə o qeyd edib.

Zelenski əlavə edib ki, Ukraynanın həlləri artıq Avropadan kənarda da tətbiq olunur. Xüsusilə də ələkeçiricilər Ukraynanın Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərlə əməkdaşlıq etdiyi Yaxın Şərq və Fars körfəzi ölkələrində işləyir. Ukrayna lideri əlavə edib ki, Türkiyə, Küveyt və Oman da daxil olmaqla, digər ölkələr də Ukraynanın təcrübəsinə maraq göstərir.