Ölkələrimiz arasındakı münasibətləri yalnız qardaşlıq əsasında deyil, həm də birliyimizin gücü anlayışı ilə gələcəyə daşımaq əzmindəyik.
“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyasının sədri Çiğdem Erdoğan Atabek “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunmuş “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı müzakirələrdə səsləndirib.
O bildirib ki, qadınların istehsalda, siyasətdə, incəsənətdə və ticarətin mərkəzində yer alması bir seçim deyil, zərurətdir. Türkiyə olaraq qadınların iqtisadi ekosistemə qatılmasını həm bir haqqın bərpası, həm də inkişafın zəruri şərti kimi görürük.
Atabek qeyd edib ki, digər mühüm məsələ isə strateji sənədlərdir. Bu istiqamətdə də əməkdaşlığa hazırıq. Qadınların gücləndirilməsi üzrə strateji sənəd və fəaliyyət planı çərçivəsində onların iqtisadi və maliyyə savadlılığının inkişafı üçün işlər görürük.
Prezident İlham Əliyev Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyev Kolumbiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyev Somalinin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib