14 aprel 2026 10:18
262

İsrailin Azərbaycandakı səfirliyi Holokost qurbanları ilə bağlı paylaşım edib

İsrailin Azərbaycandakı səfirliyi sosial media hesabında Yom HaShoah - Holokost və Qəhrəmanlıq Anım Günü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda Holokost zamanı qətlə yetirilmiş altı milyon yəhudinin xatirəsi ehtiramla yad edilir, qurbanlara, sağ qalanlara və təsəvvürəgəlməz şərə qarşı müqavimət göstərən qəhrəmanlara ehtiram bildirilir.

Səfirlik qeyd edir ki, bu il Yom HaShoah günü dünyada antisemitizmin yenidən artdığı, bir çox ölkələrdə yəhudi icmalarının nifrət və zorakı hücumlarla üzləşdiyi bir dövrə təsadüf edir.

Belə bir məqamda xatırlamağın təkcə borc deyil, həm də bir zərurət olduğu vurğulanır:

"Biz yalnız Holokostun dəhşətlərini deyil, həm də kor nifrətin, insanlıqdan çıxarmağın və susqunluğun hara aparıb çıxara biləcəyini xatırlayırıq. Bu hüznlü gündə biz yaddaşa, həqiqətə və belə nifrətin bir daha heç vaxt güclənməməsini təmin etmək üçün ortaq məsuliyyətimizə sadiqliyimizi bir daha təsdiq edirik. Qurbanların xatirəsi dərin hörmət və ehtiramla yad edilir”.