14 aprel 2026 11:27
247

Si Cinpin Yaxın Şərqdə sülhün qorunması üçün dörd təklif irəli sürüb

Çin lideri Si Cinpin Yaxın Şərqdə sülhün qorunması üçün dörd təklif irəli sürüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Bunlar region ölkələrinin suverenliyinə hörmət, inkişaf və təhlükəsizliyin əlaqələndirilməsi, dinc yanaşı yaşama prinsipinə riayət etmək və beynəlxalq hüququn aliliyinə riayət etməkdir.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, Si Cinpin təkliflərini Pekində Əbu-Dabi vəliəhdi Şeyx Xalid bin Məhəmməd Əl Nəhyan ilə görüşündə irəli sürüb.

Çin lideri qeyd edib ki, Yaxın Şərq və Fars körfəzi ölkələri bir-biri ilə sıx bağlıdır və buna görə də regional təhlükəsizlik sistemi yaratmaq üçün birgə çalışmalıdırlar.