14 aprel 2026 18:46
193

Fidan və Əraqçi arasında telefon danışığı olub

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Onlar İran və ABŞ nümayəndə heyətləri arasında danışıqlar prosesi ilə bağlı son vəziyyəti müzakirə ediblər.