14 aprel 2026 21:02
169

İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını yara bilməyib

10 mindən çox ABŞ dənizçisi və hərbçisi Hörmüz boğazının blokadasında iştirak edir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

"10 000-dən çox ABŞ dənizçisi, dəniz piyadası və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu, eləcə də ondan çox hərbi gəmi və onlarla təyyarə İran limanlarına daxil olan və oranı tərk edən gəmilərin blokadaya alınması tapşırığını yerinə yetirir. İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını yara bilməyib, 6 ticarət gəmisi isə ABŞ qüvvələrinin geri dönmək və Oman körfəzindəki İran limanına qayıtmaq göstərişlərinə tabe olub", - paylaşımda qeyd olunub.

Bununla yanaşı, CENTCOM iddia edir ki, yalnız Fars və Oman körfəzlərindəki İran limanlarına daxil olan və ya oranı tərk edən gəmilərin keçidi bloklanır. "ABŞ qüvvələri Hörmüz boğazından keçərək İran limanlarından kənar limanlara və ya həmin limanlardan gələn gəmilər üçün gəmiçiliyin azadlığını təmin edir", - məlumatda qeyd olunub.