14 aprel 2026 21:54
185

Tramp İranla danışıqların bu həftə bərpa oluna biləcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların ikinci mərhələsinin növbəti iki gün ərzində baş tuta biləcəyini bildirib. 

“İki sahil” xəbər verir ki, bu barədə o, “The New York Post” qəzetinə verdiyi telefon müsahibəsində deyib.

Tramp əvvəlcə danışıqların Avropada keçiriləcəyini desə də, sonradan yenidən Pakistanın paytaxtında baş tuta biləcəyini söyləyib.

Qeyd edək ki, danışıqların ilk mərhələsi nüvə məsələsində razılaşma olmadan başa çatıb və Ağ Ev bunun əsas mübahisəli məqam olduğunu bildirib.