“Son dövrlərdə Avropa İttifaqının Cənubi Qafqaza baxışı əhəmiyyətli dərəcədə dəyişib, bölgə artıq yeni perspektivdən qiymətləndirilir”.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili deyib.
Nazir vurğulayıb ki, bu yeni reallıqda Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistanla münasibətlərin keyfiyyəti və intensivliyi əhəmiyyətli dərəcədə artır. Onun sözlərinə görə, regionla əməkdaşlıq yeni mərhələyə keçir və daha kompleks, strateji xarakter alır.
“Demək olar ki, Cənubi Qafqaza və bu regionla münasibətlərə yeni əhəmiyyət verilir. Bu regionun Avropa İttifaqı üçün nə qədər vacib olduğu bəllidir. Əvvəllər Cənubi Qafqaza başqa prizmadan yanaşılırdı və siyasət də bu istiqamətdə formalaşırdısa, indi artıq bu region Avropa İttifaqı üçün onun təhlükəsizliyi və rifahı baxımından həyati əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan, Gürcüstan və Ermənistanla münasibətlər tamamilə yeni məna kəsb edir. Ümid edirəm ki, Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə yanaşmaları daha realist olacaq”, - Boçorişvili qeyd edib.
TÜRKPA-ya üzv dövlətlərinin parlament sədrlərinin ilk qeyri-rəsmi görüşü baş tutub
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir - TƏHLİL
Sahibə Qafarova: Rusiya və Azərbaycan qanunverici orqanları arasında çox səmərəli əməkdaşlıq qurulub