Bakıda, COP29-da əldə edilən və illik 300 milyard dolları nəzərdə tutan razılaşma son illərin ən yaxşı nəticələrindən biri hesab oluna bilər. İndi isə daha çox ölkəni öz öhdəliklərini yerinə yetirməyə və bu prosesdə fəal iştirak etməyə təşviq etməliyik.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev V Antalya Diplomatiya Forumu çərçivəsində “COP31-ə doğru: Geosiyasi çağırışların yaşandığı bir dövrdə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı səsləndirib.
İqlim maliyyələşdirilməsi prosesinə daha çox tərəfdaş, iştirakçı və töhfəçi cəlb etməyin vacibliyinə toxunan Muxtar Babayev deyib: “Təəssüf ki, IMF kimi platformalarda iqlim məsələləri əsas prioritetlər arasında deyil. Hazırda beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf bankları diqqətlərini daha çox digər istiqamətlərə yönəldirlər və iqlim maliyyələşdirilməsi arxa planda qalır”.
Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri birinci oxunuşda qəbul edib
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib