Azərbaycanın Mərkəzi Asiya ölkələri formatına qoşulması yeni geosiyasi reallıqları əks etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə Türkmənistanın xarici işlər naziri, Nazirlər Kabineti sədrinin müavini Rəşid Meredov Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan panel müzakirələrində danışıb.
Onun sözlərinə görə, Mərkəzi Asiyada dövlət başçılarının məşvərət görüşləri formatının yaradılması və Azərbaycanın ona qoşulması məntiqi bir addım olub.
“Azərbaycanın bu formata qoşulmaq qərarı təbii bir addım və dünya siyasətində dəyişən prosseslərə məntiqi cavab olub”, - deyə o bildirib.
Meredov vurğulayıb ki, bu format regiondan sülh naminə səylərin əlaqələndirilməsinə, mehriban qonşuluq siyasətinə və iqtisadi artımın təşviqinə hədəflənib.
Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri birinci oxunuşda qəbul edib
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib