İran regiondakı bütün dostlarına, o cümlədən Azərbaycana minnətdardır.
“İki sahil” xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə açıqlamasında bildirib.
Nazir müavini bildirib ki, Türkiyə, Azərbaycan və digər ölkələrin dəstəyini yüksək qiymətləndirir:
"Ermənistan da daxil olmaqla, regionun bütün ölkələri ilə münasibətlərimiz müsbətdir".
Nazir bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyev ilə də telefon danışığı baş tutub və bu danışıq zamanı qarşılıqlı münasibətlərin davam etdirilməsi qərara alınıb:
"Region ölkələrindən aldığımız həmrəyliyi və dəstəyi yüksək qiymətləndiririk".
Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri birinci oxunuşda qəbul edib
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib