Antalyada V Antalya Diplomatiya Forumu çərçivəsində TÜRKPA-nın Baş katibi Ramil Həsən Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini, Türkiyə Böyük Millət Məclisinin deputatı Zafer Sırakaya ilə görüşüb.
TÜRKPA-dan “İki sahil”ə bildirilib ki, görüş zamanı tərəflər parlamentarilərin rolu və siyasi partiyaların qardaş dövlətlər arasında əməkdaşlığın təşviqinə verdiyi töhfələr barədə fikir mübadiləsi aparıblar. Həmçinin TÜRKPA-nın parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsindəki rolu, üzv dövlətlərin deputatlarının türk dövlətləri arasında iqtisadi və siyasi əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr müzakirə olunub. Baş katib Z.Sırakayaya TÜRKPA-nın bu istiqamətdəki fəaliyyəti barədə məlumat verilib.
Deputat Z.Sırakaya rəhbərlik etdiyi partiyanın və Türkiyə Böyük Millət Məclisi üzvlərinin TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edərək, təşkilatın işinə bundan sonra da dəstək verməyə hazır olduqlarını vurğulayıb.
Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri birinci oxunuşda qəbul edib
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib