Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən aprelin 18-də 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Xarici İşlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.
TÜRKPA-dan “İki sahil”ə bildirilib ki, görüş zamanı Tahsin Ertuğruloğlu ŞKTC-yə göstərilən hərtərəfli dəstəyə görə Baş katibə səmimi minnətdarlığını bildirib.
R.Həsən TÜRKPA-nın son altı aylıq fəaliyyəti barədə ətraflı məlumat verib, həm Türk Dövlətləri Təşkilatında, həm də TÜRKPA-da müşahidəçi qismində iştirak edən ŞKTC-nin aktiv fəaliyyətinin bundan sonra da tam şəkildə dəstəklənəcəyinə ümidvarlığını ifadə edib.
Milli Məclis məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri birinci oxunuşda qəbul edib
Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib
Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib