Cənubi Qafqazda sülhün təmin olunması üçün çox sıx fəaliyyətlərimiz var. Orta Dəhlizinin reallaşmasında bölgəmizin rolu son dərəcə önəmlidir. Çünki Cənubi Qafqazdakı stabillik bu dəhlizin təhlükəsizliyi baxımdan vacibdir. Zəngəzur dəhlizi Türkiyə üçün çox vacib marşrutdur. Bu mövzuda Avropa İttifaqı ilə də iş görürük. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bütün bölgə ölkələri inkişaf edəcək. Buna çox yaxınıq.
“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan beşinci Antalya Diplomatiya Forumunun (ADF 2026) yekununda mətbuata açıqlamasında ifadə edib. Daha sonra nazir tədbirin yekunlarına dair məlumat verib.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə reallaşan tədbir bu il “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda təşkil edilib.
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər