Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov XI Delfi İqtisadi Forumunda iştirak edib.
“İki sahil” xəbər verir ki, Elçin Əmirbəyov XI Delfi İqtisadi Forumu çərçivəsində keçirilən "Enerji xəritəsinin yenidən nəzərdən keçirilməsi: Dəyişən sənaye şəraitində strateji alyanslar" adlı panel müzakirəsində çıxış edib.
Panel müzakirəsində moderatorun suallarını cavablandıran diplomat Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, enerji keçidində və yaşıl dəhlizlərin formalaşdırılmasında rolunu vurğulayıb.
O qeyd edib ki, enerji təhlükəsizliyi hazırkı dəyişən dünyada əsas rol oynayır və Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından biridir.
Elçin Əmirbəyovun çıxışını təqdim edirik:
Hikmət Hacıyev ilə Elçin Qasımov Bakı və Bratislava arasında əməkdaşlığı müzakirə ediblər
Prezident İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək
Bəyanatda iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi göstərilmişdir