Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılması faktını qəti şəkildə pisləyib.
“İki sahil” xəbər verir ki, bununla bağlı bəyanat TÜRKPA-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Bəyanatda bildirilib ki, bu kimi addımlar qarşılıqlı hörmət prinsiplərinə zərbə vurur və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.
Qeyd edilib ki, etnik nifrətin bu cür təzahürləri dinc yanaşı yaşamaq prinsipləri və məsuliyyətli ictimai davranış anlayışı ilə uzlaşmır.
“Həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bölgədə sabitliyin və konstruktiv əməkdaşlığın təmin olunması üçün dialoq, təmkin və qarşılıqlı hörmətin təşviqinin vacibliyini bir daha diqqətə çatdırırıq. Regionda sülhün, qarşılıqlı etimadın və hörmət mühitinin formalaşdırılması əsas prioritetlərdən biri olmalıdır”, - deyə bəyanatda qeyd olunub.
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər
Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir - CANLI