Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Partiyanın Mərkəzi Aparatının tövsiyəsinə uyğun olaraq yubileyi tamam olan YAP veteranları ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranlarını anadan olmalarının 55 və 70 illikləri münasibətilə təbrik edib. Sədr çıxış edərək bildirib ki, onlar təskilatımızdan YAP-a üzv olmaqları ilə Ulu öndər Heydər Əliyev ideyalarına inam və ehtiramlarını nümayiş etdirib, Partiyamiza sədaqətlə xidmət edərək ona möhkəm bağlı olduqlarını əməli işlərində təsdiq ediblər. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tövsiyəsinə uyğun olaraq Partiyanın üzvü olan sadiq yubilyarlar unudulmur və onlara qayğı diqqət mərkəzində saxlanılır.
Görüşdə 55 yaşı tamam olan, Vətən müharibəsi şəhidi Xıdırov Ərəstunun anası Səidə Qarayeva, 70 yaşı tamam olan, işlədiyi dövrdə Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etmiş, uzun müddət müəllim və şəhər 1 saylı tam orta məktəbin direktoru olaraq fəaliyyətilə nümunə olmuş Qanboy Məmmədov, 70 yaşı tamam olmuş, uzun müddət mədəniyyət sahəsində və bütün siyasi tədbir və kompaniyalarda fəal olmağa çalışmış İradə Səfərova hakim partiya olaraq xalqımıza yalnız Qələbə sevincləri yaşatmış Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını bildiriblər və Partiya sıralarında olduqları ötən müddət ərzində bəzi xatirələrini bölüşüblər. Bugün də Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələri önə çəkərək Zəfər tariximizlə fəxr etdiklərini bildiriblər.
Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının yubilyar üzvlərini Fəxri Fərmanla təltif edib və hədiyyələrlə mükafatlandırıb.
Sonda veteranlarla xatirə şəkilləri çəkdirilib.
Gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib