Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir ki, həftəsonu Rəşid Behbudov küçəsində (28 may-Ş.Bədəlbəyli küçələri arası), Səməd Vurğun küçəsində (H.Ələsgərov-A.A. Bakıxanov küçələri arası), Səməd Vurğun küçəsində (Füzuli-S.Əsgərova küçələri arası), Heydər Əliyev prospektində (Ə.Qayıbov küçəsi ilə kəsişmə - köməkçi yol) təmir işləri icra edilib. “İki sahil” xəbər verir ki, ümumilikdə təmir işləri 20 min kv.m-dən çox ərazini əhatə edib. Minimum narahatlıq yaratmaq üçün təmir işləri şənbə və bazar günləri icra edilib.
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq