WUF13-də könüllü olmaq üçün müraciət etmiş 16.000 namizədin arasından seçilmiş 2500-ə yaxın könüllü tədbirin müxtəlif istiqamətlərində fəaliyyətə cəlb olunacaqlar.

Bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov “İki sahil” qəzetinə müsahibəsində qeyd edib.
E.Rəsulov bildirib ki, hazırda bütün seçim meyarlarına tam cavab verən könüllülərin rol təlimləri yekunlaşıb və onlar müvafiq təlimatlar alaraq tədbirə hazırlıq müddətində və tədbir zamanı WUF13-ün uğurla həyata keçirilməsi üçün öz töhfələrini verəcəklər.
Yaqut Ağaşahqızı, “İki sahil”
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
Sumqayıtda şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələr üçün göz müayinəsi təşkil edilib