Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.
“İki sahil” xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata əsasən, metroda ödəniş üçün "BakıKart", həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə həyata keçirilə bilər.
Qeyd edilib ki, Bakı metropolitenində NFC texnologiyasına əsaslanan ödəniş sisteminin tətbiqinə ötən ildən başlanılıb. Bu müddət ərzində ümumilikdə 31 milyon sərnişin NFC vasitəsilə ödəniş imkanından yararlanıb. Hazırda isə bu üsul metropolitendə həyata keçirilən bütün ödənişlərin təxminən 29 %-ni təşkil edir.
Yeniliyin tətbiqi "K-Group" (BakıKart) şirkəti və banklarla əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyi məkana ən yaxın metro stansiyası "Koroğlu"dur. Metro hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.
Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti də mövcuddur.
Sel və daşqın risklərinə qarşı müdafiə sistemi gücləndirilir - Prezidentdən əhalinin təhlükəsizliyinə yönəlmiş mühüm Sərəncam
Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları müxtəlif bölgələrdə balıqçılarla maarifləndirici görüşlər keçiriblər
Səhiyyə Nazirliyinə maliyyə monitorinqi ilə bağlı məlumatları almaq hüququ verilib