Aprelin 29-da gənclər və idman naziri Fərid Qayıbov İsmayıllıda Ağsu və İsmayıllı rayon sakinlərini qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birlikdə İsmayıllı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
İsmayıllı Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda aprel ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Nizami rayonunda Ulu Öndərin xatirəsinə həsr edilmiş qızlar arasında voleybol yarışı keçirilib
WUF13-ə hazırlıq: sabah nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi keçiriləcək