30 aprel 2026 15:32
155

Milli Onkologiya Mərkəzində partlayış olub

Bu gün paytaxtın Yasamal rayonu ərazisində yerləşən Milli Onkologiya Mərkəzində partlayış olub.

“İki sahil” xəbər verir ki,  “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, otaqların birində partlayış olması barədə məlumatlar yayılıb.

Məlumata görə, orada olan xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunublar.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Oxu.Az-ın xəbərinə görə, Şua-diaqnostika şöbəsinin I mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.